Həyat sığortası hansı öhdəliyi daşıyır?
"Həyat sığortası" müqaviləsinə görə Sığortaçı müqavilə ilə razılaşdırılmış və sığortalının ödədiyi sığorta haqqı müqabilində sığortalının müqavilədə göstərilmiş sığorta riskləri üzrə sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə razılaşdırılmış həyat sığortası məbləğini faydalanan şəxsə ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsini bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
Həyat Sığortası Sahəsi Könüllü Sığorta
"Həyat Sığortası" sığorta növü sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.